AZ

Le Pen: Aİ-ABŞ razılaşması Fransanın kapitulyasiyasıdır

BAKI, 28 iyul. TELEQRAF

Fransa parlamentindəki "Milli cəbhə" fraksiyasının lideri Marin Le Pen Aİ və ABŞ arasında ticarət sazişinin uğursuz olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Avropa Komissiyasının sədri Ursula fon der Leyenin ABŞ prezidenti Donald Trampla bağladığı razılaşma siyasi, iqtisadi və mənəvi fiaskodur”, - Le Pen yazıb.

Onun sözlərinə görə, Aİ ölkələri Böyük Britaniyadan daha pis şərtlərlə üzləşib.

Siyasətçi vurğulayıb ki, sazişdə asimmetrik müddəalar var.

"Fransa hər il ABŞ-dan yüz milyardlarla avro dəyərində qaz və silah idxal etməli olacaq. Bu, sənayemizin təslim olması və enerji suverenliyinin itirilməsidir", - o izah edib.

İyulun 27-də ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Şotlandiyada keçirdiyi görüşdə ABŞ və Avropa İttifaqının ticarət sazişi üzrə razılığa gəldiyini açıqlayıb . O qeyd edib ki, bu, “bir çox ölkələrlə böyük bir müqavilədir”. Amerika liderinin sözlərinə görə, onlar ABŞ ilə sıfır tariflərlə ticarət etmək üçün bazarlarını açacaqlar.

Seçilən
32
2
teleqraf.com

3Mənbələr