AZ

Le Pen: "ABŞ-Aİ razılaşması Fransanın kapitulyasiyasıdır"

Fransa parlamentindəki "Milli Birlik" fraksiyasının lideri Marin Le Pen Aİ və ABŞ arasında ticarət sazişinin uğursuz olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ABŞ Prezidenti Donald Trampla bağladığı razılaşma siyasi, iqtisadi və üçqat mənəvi fiaskodur və Fransanın kapitulyasiyasıdır”, - Le Pen yazıb.

Onun sözlərinə görə, Aİ ölkələri Böyük Britaniyadan daha pis şərtlərlə üzləşib.

Siyasətçi vurğulayıb ki, sazişdə asimmetrik müddəalar var.

"Fransa hər il ABŞ-dan yüz milyardlarla avro dəyərində qaz və silah idxal etməli olacaq. Bu, sənayemizin təslim olması və enerji suverenliyinin itirilməsidir", - o izah edib.

Seçilən
27
2
publika.az

3Mənbələr