AZ

“Axırda “Araz-Naxçıvan” rəhbərliyi məni Rafiq Tagı kimi bıçaqladacaq” – şok açıqlama

“Araz-Naxçıvan” iyulun 24-də “Dalğa Arena”da“Aris”i 2:1 hesabı ilə məğlub etdi.

“Football-plus.az” klubun sabiq mətbuat katibi Tahir Tahiroviçin bu oyunla bağlı fikrini öyrənib:
“Mən öncə futbolçuları təbrik edirəm, uğurlar arzulayıram. Oyuna baxmışam. İstəkli və kompakt oyun oldu. Amma stadiona getmədim. Mənim üçün “Araz-Naxçıvan” doğma şəhərində oynayanda “Araz-Naxçıvan” olacaq. Naxçıvandakı stadionu əsaslı təmir edib, komandanı ora göndərmək lazımdı. Mənim üçün naxçıvanlıların doğma klubunun ölkə çempionatında oyununa canlı, sevgi və həyəcan ilə baxması “Araz”ın Mərdəkandakı Avropa qələbəsindən daha üstündü. Axırda “Araz-Naxçıvan” rəhbərliyi məni Rafiq Tağı kimi bıçaqladacaq” (gülür).

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
63
1
football-plus.az

2Mənbələr