AZ

“Axırda “Araz Naxçıvan” rəhbərliyi məni Rafiq Tagı kimi bıçaqladacaq” şok açıqlama

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Araz-Naxçıvan” iyulun 24-də “Dalğa Arena”da “Aris”i 2:1 hesabı ilə məğlub etdi. “Football-plus.az” klubun sabiq mətbuat katibi Tahir Tahiroviçin bu oyunla bağlı fikrini öyrənib:

“Mən öncə futbolçuları təbrik edirəm, uğurlar arzulayıram. Oyuna baxmışam. İstəkli və kompakt oyun oldu. Amma stadiona getmədim. Mənim üçün “Araz-Naxçıvan” doğma şəhərində oynayanda “Araz-Naxçıvan” olacaq. Naxçıvandakı stadionu əsaslı təmir edib, komandanı ora göndərmək lazımdı. Mənim üçün naxçıvanlıların doğma klubunun ölkə çempionatında oyununa canlı, sevgi və həyəcan ilə baxması “Araz”ın Mərdəkandakı Avropa qələbəsindən daha üstündü. Axırda “Araz-Naxçıvan” rəhbərliyi məni Rafiq Tağı kimi bıçaqladacaq” (gülür).

MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
icma.az

2Mənbələr