Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” yay toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib.
Arena.az xəbər verir ki, bölgə təmsilçisi bu gün “Sabah”ın əvəzedici komandası ilə qarşılaşıb.
Matç “İmişli”nin 2:1 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, “İmişli” bu yay keçirdiyi ilk yoxlama oyununda “Araz-Naxçıvan”ın əvəzedici komandası üzərində də 2:1 hesablı qələbə qazanmışdı. Sözügedən komandanın “Sumqayıt”la görüşündə isə qolsuz heç-heçə qeydə alınmışdı – 0:0.