Yeni mövsümə hazırlıqlarını davam etdirən “İmişli” bu gün növbəti yoxlama oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Sabah”ın əvəzedici komandası ilə qarşılaşıb.
Matç “İmişli”nin 2:1 hesablı qələbəsi ilə bitib.
“İmişli” bunadək “Araz-Naxçıvan”ın əvəzedici komandası üzərində də 2:1 hesablı qələbə qazanmış, “Sumqayıt”la isə qolsuz heç-heçə etmişdi.