AZ

Tovuzda baltalanan qadın ölüb, qardaşı şübhəli bilinir

İyunun 6-da anası ilə birlikdə baltalanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisədən sonra Bakı şəhərindəki xəstəxanalardan birində müalicə olunan qadın ölüb.

Qeyd edək ki, hadisədə şübhəli bilinən ruhi xəstə olan 31 yaşlı Kainat Namazov anası 55 yaşlı Sevinc Həsənova və bacısı Aliyə Namazovaya balta ilə xəsarət yetirib, daha sonra yaşadıqları evi yandırıb.

Hadisə zamanı S.Həsənova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
124
25
report.az

10Mənbələr