İyunun 6-sı anası ilə birlikdə qardaşı tərəfindən baltlanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisədən sonra Bakı şəhərindəki xəstəxanalardan birində müalicə olunan qadının həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, hadisə zamanı ruhi xəstə olan 31 yaşlı Kainat Namazov anası 55 yaşlı Sevinc Həsənovanı və bacısı Aliyə Namazovaya balta ilə xəsarət yetirib. Daha sonra yaşadıqları evi yandırıb. Hadisə zamanı S. Həsənova hadisə yerində ölmüşdü.