AZ

Amerikada təyyarə eniş zamanı yandı

ABŞ-nin Denver Beynəlxalq Hava Limanında “Boeing 737 MAX” təyyarəsində eniş zamanı nasazlıq səbəbindən yanğn baş verib.

Teleqraf CBS-ə istinadən xəbər verir ki, sərnişinlər təcili yardım maşınları ilə təxliyə edilib.

Beş sərnişin yerində müayinə olunub. Yoxlanılan bir nəfər müalicə üçün xəstəxanaya göndərilib.

“American Airlines”dən bildirilib ki, hadisəyə təyyarənin şassisinin partlaması səbəb olub. Sərnişinlər başqa təyyarə ilə Mayamiyə aparılacaq .

Hava limanında 87 reys təxirə salınıb.

Seçilən
136
50
teleqraf.com

10Mənbələr