Polşa çempionatının II turunda "Motor" səfərdə "Poqon"un qonağıdır
Offsideplus.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb. Azərbaycan milli komandasının üzvü Renat Dadaşov bu görüşdə start heyətdə yer alıb. O, 58-ci dəqiqədə əvəzlənib.
Hazırda davam edən matçda hesab 3:1-dir.
Xatırladaq ki, 26 yaşlı hücumçu ötən həftə "Arka"ya qarşı oyunda (1:0) "Motor"un heyətində debüt etmişdi.
Polşa Ekstraklasası, II tur
19:30 "Poqon" - "Motor" 3:1
Qollar: Marian Huya, 15. Eftimis Kuluris, 40. Fredrik Ulvestad, 49. - Matieu Skalet, 9.