Polşa çempionatının II turunda "Motor" səfərdə "Poqon"un qonağı olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb. Azərbaycan milli komandasının üzvü Renat Dadaşov bu görüşdə start heyətdə yer alıb. O, 58-ci dəqiqədə əvəzlənib.

Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hərəyə 3 xalı olan "Poqon" və "Motor" turnir cədvəlində 2 tur sonra müvafiq olaraq 8 və 9-cu yerlərdə qərarlaşıblar.

Xatırladaq ki, 26 yaşlı hücumçu ötən həftə "Arka"ya qarşı oyunda (1:0) "Motor"un heyətində debüt etmişdi.

Polşa Ekstraklasası, II tur

19:30 "Poqon" - "Motor" 4:1 

Qollar: Marian Huya, 15. Eftimis Kuluris, 40. 88. Fredrik Ulvestad, 49. - Matieu Skalet, 9.