Polşa çempionatının II turunda "Motor" səfərdə "Poqon"un qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Azərbaycan milli komandasının üzvü Renat Dadaşov bu görüşdə start heyətdə yer alıb.
Xatırladaq ki, 26 yaşlı hücumçu ötən həftə "Arka"ya qarşı oyunda (1:0) "Motor"un heyətində debüt etmişdi.
Polşa Ekstraklasası, II tur
19:30 "Poqon" - "Motor"