AZ

Şuşanın Böyük Qaladərəsi kəndində qısaqapanma nəticəsində yanğın olub

Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş verən yanğının səbəbləri polis əməkdaşları tərəfindən müəyyən olunub.

APA xəbər veri ki, bu barədə Daxili işlər və Fövqəladə hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Şuşanın
Seçilən
7
17
apa.az

10Mənbələr