ain.az, Azxeber.com saytına istinadən bildirir.
Fransanın paytaxtı Parisdəki Notr-Dam-de-Şamp katolik kilsəsində bir gündə iki yanğın baş verib.
Bu barədə "Figaro" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, alov ağacdan hazırlanmış panellərə ziyan vurub. Yanğın tez bir zamanda söndürülüb, itki yoxdur.
Kilsə qeyri-müəyyən müddətə ziyarətçilər üçün bağlı qalacaq.
Bundan əvvəl isə səhlənkarlıq ucbatından kilsədə yanğın başlayıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik dövrəsində yaranan nasazlıq olub.
/report
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.