ain.az, Apa.az portalına istinadən məlumat yayır.
Ağdərə rayonunun Talış kəndi istiqamətində başlamış yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam edir.
APA-nın yerli bürosunun xəbərinə görə, yanğınsöndürmə tədbirlərinə FHN-nin yanğınsöndürən briqadaları və aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.
APA-nın əməkdaşı yanğının söndürülmə prosesini helikopterdən müşahidə edib və lentə alıb.
***
10:52
Ağdərə rayonunda daha bir istiqamətdə yanğınlar başlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Talış kəndi ərazisində boşluq sahədə yanğınlar başlayıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları, həmçinin aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
Yanğının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.
https://t.me/apa_az/101398
https://t.me/apa_az/101399
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.