AZ

Ağdərədə yanğının söndürülməsinə helikopterlər cəlb olunub - EKSKLÜZİV FOTO və VİDEO GÖRÜNTÜLƏR - YENİLƏNİB

Ağdərə rayonunun Talış kəndi istiqamətində başlamış yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğınsöndürmə tədbirlərinə FHN-nin yanğınsöndürən briqadaları və aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.

APA-nın əməkdaşı yanğının söndürülmə prosesini helikopterdən müşahidə edib və lentə alıb.

***

10:52

Ağdərə rayonunda daha bir istiqamətdə yanğınlar başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Talış kəndi ərazisində boşluq sahədə yanğınlar başlayıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları, həmçinin aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

Ağdərədə Ağdərədə Ağdərədə Ağdərədə Ağdərədə Ağdərədə Ağdərədə Ağdərədə Ağdərədə Ağdərədə Ağdərədə Ağdərədə Ağdərədə
Seçilən
23
2
apa.az

10Mənbələr