AZ

Azərbaycanlı futbol hakimi Çempionlar Liqasının finalına təyinat aldı

BAKI. 26 iyul. TELEQRAF

Azərbaycanlı hakim Sevda Nuriyeva qadın futbolçular arasında Çempionlar Liqasına təyinat alıb.

Teleqraf xəbər verir ki, Nuriyeva 1-ci qrupda yarımfinal və final oyunlarında iş başında olacaq.

O, əvvəlcə iyulun 30-da Estoniyanın "Tallina" və Layviyanın "Riqa" komandaları arasındakı görüşdə yan xətt hakimlərindən biri kimi fəaliyyət göstərəcək. Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.

Daha sonra isə Nuriyeva avqustun 2-də final matçında laynsman kimi sloveniyalı baş hakim Taşa Misaya yardım edəcək.

Xatırladaq ki, Lüksemburqdakı "Açill Hammerel" stadionunda təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Seçilən
94
1
teleqraf.com

2Mənbələr