Azərbaycanlı hakim Sevda Nuriyeva qadın futbolçular arasında Çempionlar Liqasına təyinat alıb.
Moderator.az xəbər verir ki, Nuriyeva 1-ci qrupda yarımfinal və final oyunlarında iş başında olacaq.
O, əvvəlcə iyulun 30-da Estoniyanın "Tallina" və Layviyanın "Riqa" komandaları arasındakı görüşdə yan xətt hakimlərindən biri kimi fəaliyyət göstərəcək. Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.
Daha sonra isə Nuriyeva avqustun 2-də final matçında laynsman kimi sloveniyalı baş hakim Taşa Misaya yardım edəcək.
Xatırladaq ki, Lüksemburqdakı "Açill Hammerel" stadionunda təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.