AZ

Salyanda yol qəzası: bir nəfər xəsarət alıb - FOTO / VİDEO

Salyan-Noxudlu kənd yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, Salyan şəhər sakini Kərim Gözəlova məxsus Mercedes markalı avtomobillə Ford Transit markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində Ford markalı avtomobilin sürücüsü qol nahiyəsindən xəsarət alıb və Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
















Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
53
5
bizim.media

8Mənbələr