AZ

Salyanda "zapravka" yaxınlığında qəza - Xəsarət alanlar var 

Salyan-Noxudlu kənd yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, Salyan şəhər sakini, Kərim Gözəlova məxsus "Mercedes" markalı avtomobillə "Ford Transit" markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Qəza nəticəsində iki nəfər xəsarət alaraq, Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
51
4
unikal.az

8Mənbələr