“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində “Asteras”a (Yunanıstan) qarşı keçirəcəyi yoxlama matçının vaxtı dəqiqləşib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş iyulun 27-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.
Qeyd edək ki, İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Poşanın “Termalika" (2:2) komandaları ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL-ə (Kipr) qarşı keçirəcək.