“Neftçi”nin Polşada təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində “Asteras”la (Yunanıstan) yoxlama matçının vaxtı dəqiqləşib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Bildiriliir ki, qarşılaşma iyulun 27-də Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Xatırladaq ki, “Neftçi” daha öncə İsrailin “Hapoel” (Təl-Əviv) (1:1) və Polşanın “Termalitsa” (Nyeçetşa) (2:2) komandaları ilə heç-heçə edib. “Ağ-qaralar” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) komandasına qarşı keçirəcək.