AZ

“Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verdi

2024/2025-ci illər mövsümündə Azərbaycan İkinci Liqasının qalibi olmuş “Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verib.

Arena.az xəbər verir ki, bu barədə Qusar klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, futbolçuların sözləşmələrinə xitam verilib. Klub tərəfdən onların hər birinə təşəkkür ifadə olunub.

Bundan başqa yeni futbol mövsümü ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi də qeyd edilib.

Xatırladaq ki, “Şahdağ Qusar” geridə qalmış mövsümdə İkinci Liqada 26 oyuna topladığı 72 xalla Azərbaycan çempionu olmuşdu. Komanda 26 oyunda 23 qələbə qazanmış, 3 heç-heçə ilə kifayətlənmiş, məğlubiyyət üzü görməmişdi. Rəqib qapılarından 70 top keçirmiş kollektiv cəmi 8 qol buraxmışdı.

Qusar klubunun hazırda ciddi maliyyə problemləri ilə üz-üzə olduğu iddia olunur. Komandanın hətta yeni mövsümdə Birinci Liqada mübarizə aparmasının da sual altında olduğu bildirilir.

Seçilən
58
5
arena.az

10Mənbələr