AZ

Azərbaycan klubu bütün futbolçuları ilə yolları ayırıb

Azərbaycanın I Liqa təmsilçisi “Şahdağ Qusar” bütün futbolçuları ilə yolları ayırıb. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.

Futbolçuların hər birinin müqavilələrinə xitam verilib. ‎Yeni mövsümlə əlaqədar hansı qərarların qəbul ediləcəyi barədə isə yaxın günlərdə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, Qusar təmsilçisi ötən il II Liqanın qalibi olub və 2025/2026 mövsümündə I Liqada mübarizə aparmaq hüququ qazanıb.

Seçilən
13
6
sia.az

10Mənbələr