AZ

Azərbaycan çempionu bütün futbolçularla müqaviləyə xitam verdi

style='margin-bottom:10px;'>

2024/25 mövsümü Azərbaycan İkinci liqasının qalibi olan “Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verib.

QOL.az xəbər verir ki, bu barədə klubun instaqram hesabındakı paylaşımında bildirilib.

Qeyd edilib ki, futbolçuların sözləşmələrinə xitam verilib. Klub tərəfdən onlara təşəkkür ifadə olunub.

Bundan başqa yeni futbol mövsümü ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi də qeyd edilib.

Seçilən
48
5
teleqraf.com

10Mənbələr