AZ

Beyləqanda yol qəzası oldu, sürücü xəsarət aldı

BEYLƏQAN, 25 iyul. TELEQRAF

Beyləqanda yol-nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dünyamalılar kəndində qeydə alınıb.

Kənd sakini Şükürov Anar idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı daş hasara çırpılıb.

Nəticədə sürücü A.Şükürov ağır xəsarətlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
81
4
teleqraf.com

5Mənbələr