AZ

Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Beyləqanda yol nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Dünyamalılar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Anar Şükürov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb. Nəticədə sürücü A.Şükürov ağır xəsarətlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
4
sherg.az

5Mənbələr