“Əməliyyatın əsas mərhələsi Əl-Bab şəhərində baş tutub. Burada Türkiyə tərəfinin hava dəstəyi ilə koalisiya qüvvələri və Suriya ordusu hədəfli eniş həyata keçirib. Reyd zamanı 4 yaraqlı məhv edilib, İŞİD-in yüksək rütbəli komandiri və onun bir neçə mühafizəçisi saxlanılıb”,- “Sham News” telekanalı bildirib.
Сирийские силы при поддержке Турции провели успешную операцию против ИГИЛ pic.twitter.com/3st94wUFWD
— Seymur Bakshev (@SBakshev) July 25, 2025
Əməliyyat başa çatdıqdan sonra hava limanına doğru hərəkət edən ərazidə hərbi əməliyyatlarla əlaqəsi ehtimal olunan 30 maşından ibarət karvan görünüb.
Əl-Babdakı əməliyyat son ayların ən böyük əməliyyatlarından biri və Suriyanın şimalında İŞİD-in komandanlıq qərargahının qalıqlarının məhvi üzrə davam edən kampaniyanın tərkib hissəsi olub.
Сирийские силы при поддержке Турции провели успешную операцию против ИГИЛ pic.twitter.com/LUXpCiNsr3
— Seymur Bakshev (@SBakshev) July 25, 2025
Sahil İsgəndərov
AzVision.az