AZ

Türkiyə Suriyada xüsusi əməliyyat keçirib VİDEO

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az xəbər verir ki, təhlükəsizlik strukturlarındakı mənbəyə istinad edən “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, əməliyyat Suriya Daxili İşlər nazirliyinin bölmələrinin iştirakı ilə təşkil edilib. Xüsusi əməliyyatın təfərrüatları rəsmi olaraq açıqlanmayıb. “Əməliyyatın əsas mərhələsi Əl-Bab şəhərində baş tutub. Burada Türkiyə tərəfinin hava dəstəyi ilə koalisiya qüvvələri və Suriya ordusu hədəfli eniş həyata keçirib. Reyd zamanı 4 yaraqlı məhv edilib, İŞİD-in yüksək rütbəli komandiri və onun bir neçə mühafizəçisi saxlanılıb”, - “Sham News” telekanalı bildirib.

Сирийские силы при поддержке Турции провели успешную операцию против ИГИЛ pic.twitter.com/3st94wUFWD

— Seymur Bakshev (@SBakshev) July 25, 2025

Əməliyyat başa çatdıqdan sonra hava limanına doğru hərəkət edən ərazidə hərbi əməliyyatlarla əlaqəsi ehtimal olunan 30 maşından ibarət karvan görünüb. Əl-Babdakı əməliyyat son ayların ən böyük əməliyyatlarından biri və Suriyanın şimalında İŞİD-in komandanlıq qərargahının qalıqlarının məhvi üzrə davam edən kampaniyanın tərkib hissəsi olub.

Сирийские силы при поддержке Турции провели успешную операцию против ИГИЛ pic.twitter.com/LUXpCiNsr3

— Seymur Bakshev (@SBakshev) July 25, 2025

Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
96
1
azvision.az

2Mənbələr