Türkiyənin Bolu şəhərində "Turan Tovuz" və İran çempionu "Traktor" komandaları arasında iyulun 29-da keçirilməsi nəzərdə tutulan yolxlama oyunu ləğv olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada belə qeyd olunub: "Traktor"la görüş komandaların hazırlıq planındakı dəyişiklik və bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Futbol ictimaiyyəti və azarkeşlərimizdən mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik".
Qeyd edək ki, "Turan Tovuz" yeni mövsümə hazırlığın birinci mərhələsini 6-19 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada keçib. İyulun 24-də Boluda başlanan təlim-məşq toplanışı avqustun 6-də davam edəcək.