AZ

“Turan Tovuz” - “Traktor” oyunu ləğv edildi

“Turan Tovuz”un Türkiyə təlim-məşq toplanışı çərçivəsində “Traktor” qarşı keçirməli olduğu yoxlama oyunu ləğv edilib.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib: “Traktor”la görüş komandaların hazırlıq planındakı dəyişiklik və bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Futbol ictimaiyyəti və azarkeşlərimizdən mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik”.

Xatırladaq ki, daha öncə bu matçın iyulun 29-da keçiriləcəyi açıqlanmışdı.

Seçilən
68
10
arena.az

10Mənbələr