Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.
"İyulun 29-da Prezident Qasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək. Səfər zamanı Ankarada dövlət başçıları arasında Qazaxıstan-Türkiyə strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə danışıqlar aparılacaq " , - məlumatda bildirilib.
Prezidentlər həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər.
Nurlana ƏhmədovaMissiya.Az