AZ

Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, K.Tokayev orada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

 

İki dövlətin liderləri iyulun 29-da danışıqlar aparacaq və Qazaxıstan – Türkiyə strateji tərəfdaşlığının daha da gücləndirilməsini müzakirə edəcəklər.

 

"Prezidentlər, həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər", - məlumatda bildirilib.

Seçilən
47
14
senzor.az

10Mənbələr