Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsilməktəbinin məzunu IV ixtisas qrupu üzrə ali məktəblərə qəbulimtahanında ən yüksək nəticə göstərib.
Trend xəbər verirki, 272 nömrəli tam orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmmədqızı IV ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400bal toplayıb.
Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayanistedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700bal toplayıb.
Yüksək uğur qazanmış abituriyenti, onun müəllimlərini vəvalideynlərini ürəkdən təbrik edirik!