AZ

700 bal toplayan Bakı məktəblisini TANIYAQ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib.

İdarədən Redaktor.az-a verilən məlumata görə, 272 nömrəli tam orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmməd qızı IV ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb.

Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Yüksək uğur qazanmış abituriyenti, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!

Seçilən
107
8
redaktor.az

10Mənbələr