Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışıb.
Viral.az-ın yerli mediaya istinadla məlumatına görə, o deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri Rusiya jurnalistlərinin azad edilməsi ola bilər.
Zaxarova münasibətlərin tezliklə normallaşacağına ümid etdiklərini vurğulayıb.
Son Yazılar:
- Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından DANIŞDI
- Piyadanı vuran avtomobil mağazaya çırpıldı – ölən var
- Həsənrizə daha 114 nəfər köçdü
O, Azərbaycan səfirinin XİN-ə çağırıldığını və ona etiraz notasının təqdim olunduğunu xatırladıb.
“Dərhal jurnalistlərimizin sərbəst buraxılmasını xahiş etmişik”, – XİN sözçüsü əlavə edib.
Zaxarova onu da qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər öz çətin dövrünü yaşayır.