EN

Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından DANIŞDI

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışıb.

Viral.az-ın yerli mediaya istinadla məlumatına görə, o deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri Rusiya jurnalistlərinin azad edilməsi ola bilər.

Zaxarova münasibətlərin tezliklə normallaşacağına ümid etdiklərini vurğulayıb.

Son Yazılar:

O, Azərbaycan səfirinin XİN-ə çağırıldığını və ona etiraz notasının təqdim olunduğunu xatırladıb.

“Dərhal jurnalistlərimizin sərbəst buraxılmasını xahiş etmişik”, – XİN sözçüsü əlavə edib.

Zaxarova onu da qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər öz çətin dövrünü yaşayır.

Chosen
45
8
viral.az

9Sources