AZ

“Yaşıl enerji məkanı” Alt İşçi Qrupunun ilk iclası keçirildi

Bakı. Trend:

Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadiinkişaf Strategiyasının hazırlanması məqsədilə görülən işlərçərçivəsində yaradılmış “Yaşıl enerji məkanı” Alt İşçi Qrupunun ilkiclası keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Alt İşçi Qrupununrəhbəri, energetika naziri Pərviz Şahbazov AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəenerji sahəsində həyata keçirilən islahatlardan və yaşıl enerjigündəliyinin prioritet istiqamətlərindən danışıb.

Yeni strategiyanın Alt İşçi Qrupuna həvalə edilmiş hissəsininhazırlanmasında həm 2022–2026-cı illəri əhatə edən iqtisadi inkişafStrategiyasının icrası zamanı əldə edilmiş təcrübənin, həm dəqlobal trendlərin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.

İclasda icrası davam edən strategiya çərçivəsində yaşıl enerjiməqsədi üzrə görülmüş işlər və əldə olunan nəticələr təqdim olunub,2027–2030-cu illəri əhatə edəcək yeni dövr üzrə fəaliyyətistiqamətləri, ilkin tədbirlər və koordinasiya mexanizmlərimüzakirə edilib.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” Alt İşçi Qrupu NazirlərKabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən,“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair MilliPrioritetlər”ə uyğun olaraq yaradılıb.

Seçilən
67
10
az.trend.az

10Mənbələr