Bakı. Trend:
Ağdərə rayonu, Sərsəng su anbarı ətrafında turizm infrastrukturuyaradılacaq.
Trend-inməlumatına görə, Dövlət Turizm Agentliyi (DTA) bununla bağlımüvafiq işləri yekunlaşdırıb.
Belə ki, agentlik qeyd olunan turizm infrastrukturununyaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanmasıişlərini "Apex Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvaləedib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 266 379 manat ödənilib.
DTA-nın müqavilə bağladığı "Apex Group" MMC 2021-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-ninqanuni təmsilçisi Bağırlı Elvin Eldar oğludur.