AZ

Ağdərədə turizm infrastrukturu yaradılacaq

Bakı. TurkicWorld

Ağdərə rayonu, Sərsəng su anbarı ətrafında turizm infrastrukturu yaradılacaq.

TurkicWorld-in məlumatına görə, Dövlət Turizm Agentliyi (DTA) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, agentlik qeyd olunan turizm infrastrukturunun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işlərini "Apex Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 266 379 manat ödənilib.

DTA-nın müqavilə bağladığı "Apex Group" MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Bağırlı Elvin Eldar oğludur.

Seçilən
102
2
turkic.world

3Mənbələr