AZ

Sürücülük vəsiqəsinin rüsumu İKİQAT ARTIRILACAQ

Rusiyada sürücülük vəsiqəsinin rəsmiləşdirilməsi sentyabrdan etibarən xeyli bahalaşacaq. Bu barədə nəqliyyat sahəsi üzrə ekspert Şku­matov "RIA Novosti"yə məlumat verib.

News24.az xəbər verir ki, Dövlət Duması tərəfindən təsdiqlənmiş yeni qanuna əsasən, 1 sentyabrdan etibarən qüvvəyə minəcək dəyişikliklərə görə, adi plastik sürücülük vəsiqəsinin verilməsi 4 min rubl, yeni nümunəli vəsiqənin verilməsi isə 6 min rubl təşkil edəcək. Bu məbləğlər hazırkı tariflərdən təxminən iki dəfə yüksəkdir.

Qanun həm avtomobil sahibləri, həm də miqrantlar üçün nəzərdə tutulmuş dövlət rüsumlarının artırılmasını ehtiva edir.

Xeyrənsə Piriyeva

Seçilən
33
3
news24.az

4Mənbələr