AZ

Sürücülük vəsiqəsinin rüsumu İKİQAT ARTIRILACAQ

Rusiyada sürücülük vəsiqəsinin rəsmiləşdirilməsi sentyabrdan etibarən xeyli bahalaşacaq. Bu barədə nəqliyyat sahəsi üzrə ekspert Şku­matov "RIA Novosti"yə məlumat verib."Bakuinfo" News24.az-a istinadla xəbər verir ki, Dövlət Duması tərəfindən təsdiqlənmiş yeni qanuna əsasən, 1 sentyabrdan etibarən qüvvəyə minəcək dəyişikliklərə görə, adi plastik sürücülük vəsiqəsinin verilməsi 4 min rubl, yeni nümunəli vəsiqənin verilməsi isə 6 min rubl təşkil edəcək. Bu məbləğlər hazırkı tariflərdən təxminən iki dəfə yüksəkdir.Qanun həm avtomobil sahibləri, həm də miqrantlar üçün nəzərdə tutulmuş dövlət rüsumlarının artırılmasını ehtiva edir.

Seçilən
10
3
bakuinfo.net

4Mənbələr