AZ

İran AEBA-nın texniki heyətinin Tehrana səfərinə icazə verib

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) texniki heyətiyaxın həftələrdə Tehrana səfər edəcək.

Trend xəbər verir ki, bunuİran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərəmüsahibəsində deyib.

“Nümayəndə heyəti İrana (nüvə) obyektləri ziyarət etmək üçündeyil, mexanizmlə bağlı müzakirələr aparmaq üçün gələcək”, - deyəo, əlavə edib.

Vurğulanıb ki, İran Atom Enerjisi Təşkilatı hazırda nüvəobyektlərinə dəymiş ziyanı qiymətləndirir.

Qəribabadi ABŞ-la danışıqların bərpa olunması məsələsini istisnaetməyib. Lakin bildirib ki, indi danışıqların 6-cı raundunahazırlaşmaq daha mühümdür. Bununla yanaşı, o, qeyd edib ki,danışıqlar ərzində İran hər hansı hücuma məruz qalmamalı, əldəediləcək razılaşma hər iki tərəfin mənafeyinə uyğun olmalıdır.

Seçilən
36
4
az.trend.az

7Mənbələr