AZ

AEBA-nın texniki heyəti yaxın həftələrdə Tehrana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) texniki heyəti yaxın həftələrdə Tehrana səfər edəcək.

APA IRNA agentliyinə istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə müsahibəsində deyib.

“Nümayəndə heyəti İrana (nüvə) obyektləri ziyarət etmək üçün deyil, mexanizmlə bağlı müzakirələr aparmaq üçün gələcək”, - deyə o, əlavə edib.

Vurğulanıb ki, İran Atom Enerjisi Təşkilatı hazırda nüvə obyektlərinə dəymiş ziyanı qiymətləndirir.

Seçilən
72
2
apa.az

7Mənbələr