İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri memorandum layihələri üzərində müzakirələr aparıblar.
Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, tərəflərin mövqeləri hələ də kəskin fərqlidir.
“Mövqelərimiz bir-birindən uzaqdır, lakin biz əlaqələri davam etdirmək barədə razılığa gəldik”, — deyə Medinski qeyd edib.
Üçüncü raund danışıqlar 23 iyul tarixində baş tutub və təxminən 40 dəqiqə davam edib. Görüş zamanı Vladimir Medinski və Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Ümerov təkbətək görüşü keçiriblər. Danışıqların keçirildiyi sarayın ətrafı təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.