BAKI. 23 iyul. TELEQRAF
Moskva və Kiyevin mövqeləri bir-birindən "kifayət qədər uzaqdır", lakin tərəflər danışıqları davam etdirməyə razılaşıblar.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbuldakı danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, Rusiya danışıqlarda Ukraynaya onlayn rejimdə işləyəcək üç işçi qrupunun yaradılmasını təklif edib.
Qruplar danışıqlar prosesinin hərbi, siyasi və humanitar komponentlərinə cavabdeh olacaqlar. Ukrayna tərəfi bu təklifi nəzərdən keçirməyə razılıq verib.