GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
İstanbulda Moskva və Kiyev nümayəndə heyətləri arasında keçirilən danışıqların açılış nitqində Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampa, həmçinin Ukrayna lideri Volodimir Zelenskiyə danışıqların təşkilində göstərdikləri səylərə görə təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Ankara Ukrayna üzrə danışıqların uğurla nəticələnəcəyini gözləyir .
Bundan əlavə, Fidan İstanbulda Moskva-Kiyev danışıqlarının əsas məqsədinin adını çəkib. Onun sözlərinə görə, bu, Ukrayna münaqişəsinin tezliklə həllidir.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.