İstanbulda Moskva və Kiyev nümayəndə heyətləri arasında keçirilən danışıqların açılış nitqində Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampa, həmçinin Ukrayna lideri Volodimir Zelenskiyə danışıqların təşkilində göstərdikləri səylərə görə təşəkkür edib.
Referans xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Ankara Ukrayna üzrə danışıqların uğurla nəticələnəcəyini gözləyir .
Qeyd edək ki, Fidan İstanbulda Moskva-Kiyev danışıqlarının əsas məqsədini açıqlayıb. Onun sözlərinə görə, bu danışıqların başlıca məqsədi Rusiya-Ukrayna arasında davam edən münaqişənin mümkün qədər tez bir zamanda sülh yolu ilə həllinə nail olmaqdır./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta