Vaşinqtonla razılaşma uğursuz olarsa və ABŞ prezidenti Donald Tramp vəd etdiyi tarifləri yerinə yetirərsə, Avropa İttifaqı (Aİ) ABŞ-ın 117 milyard dollarlıq mallarına 30% rüsum tətbiq etməyi planlaşdırır.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Agentliyin mənbələri bildiriblər ki, rüsumlar tətbiq olunarsa, ABŞ-ın ixrac etdiyi məhsullar, o cümlədən Boeing təyyarələri, ABŞ istehsalı avtomobillər və viski kimi istehsal olunan mallar Trampın 30%-lik təhdidinə bənzər tariflə üzləşəcək.
Bildirilib ki, Aİ Vaşinqtonla razılığa gələ bilməsə, cavab tədbirləri ən tez avqustda qüvvəyə minməli olacaq.
//Gülnarə Abasova, Editor.az