AZ

"Şaraa bunu etməsə, Suriya parçalana bilər"

Əhməd Əl Şaraanın rəhbərlik etdiyi Suriyanın varisi və ya alternativi yoxdur.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib.

"Əgər Suriya rejimi uğursuz olarsa, kimsə onu uğursuzluğa sövq edib. Nə məqsədlə? Ortada bir varis yoxdur", - Barak söyləyib.

O, Suveyda şəhərində druz və bədəvi icmaları arasında baş verən toqquşmalara görə Suriya prezidentini öz siyasətini yenidən qurmağa və daha əhatəli yanaşmağa çağırıb: "Əks halda Şaraa beynəlxalq dəstəyi itirə, ölkəsinin parçalanması riski ilə üzləşə bilər".

phrase_var_article.chosen
15
1
publika.az

2phrase_var_article.sources